Tsereteli prospektində aparılan işlər ilə əlaqədar olaraq ictimai nəqliyyatın hərəkət marşrutu müvəqqəti olaraq dəyişir
Tbilisi meriyasından verilən məlumata görə, Tsereteli prospektində aparılan işlər ilə əlaqədar ictimai nəqliyyatın hərəkət marşrutu müvəqqəti olaraq dəyişir.
Meriyadan verilən məlumata görə, Akaki Tsereteli prospektində davam edən yol reabilitasiya işləri son mərhələdədir.
“Hazırda bütün prospektə yeni asfalt örtüyü salınır. Eyni zamanda Qiorqi Tsabadze küçəsinin kəsişməsində işlər aparılır ki, bununla əlaqədar yanvarın 20-dən 22-nə kimi iki gün ərzində ictimai nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək.
O cümlədən, 311, 327 nömrəli avtobuslar və 458, 476, 504 nömrəli mikroavtobuslar Tsereteli prospektindən Tsinamdzğvrişvili küçəsinə, Tsabadze küçəsi və Ağmaşenebeli prospekti istiqamətində hərəkətini davam etdirəcək, sonra isə müəyyən olunmuş qrafik üzrə hərəkət edəcək.
Əks istiqamətdə isə Tsereteli prospekti istiqamətində hərəkət edən 320 nömrəli avtobus və 536 nömrəli, 551 nömrəli mikroavtobuslar artıq Ağmaşenebeli prospektinə daxil olmayacaq və Tamar Mepe prospektində hərəkətini davam etdirəcək, sonra isə Tsinamdzğvrişvili küçəsi ilə Tsereteli prospektinə daxil olacaqlar.
Vağzal meydanına doğru hərəkət edən 476, 458 nömrəli mikroavtobusları Davit Kipiani küçəsindən Ağmaşenebeli prospektinə qədər davam edəcək, bundan sonra Tamar Mepe prospekti və Tsinamdzğvrişvili küçəsi ilə Abastumani küçəsinə keçərək müəyyən olunmuş qrafik üzrə hərəkət edəcəklər. Onlar geriyə dönərkən vağzal meydanından Tamar Mepe prospekti ilə Ağmaşenebeli prospektinə keçəcək, sonra isə Davit Kipiani küçəsindən müəyyən olunmuş qrafik üzrə hərəkət edəcəklər.
Tbilisi meriyası yaranmış narahatçılığa görə üzr istəyir!”, – bəyanatda deyilir.
Müəllif -
Mehemmed Bayramaliyev