Tsdo avtomobil tunelində müəyyən növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Tsdo avtomobil tunelində müəyyən növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

 

Tsdo avtomobil tunelində müəyyən növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Məlumatı Avtomobil Yolları Departamenti yayır.

“Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun 129-cu km-də yerləşən Tsdo avtomobil tunelində asfalt-beton döşənməsi işləri aparılır, bu səbəbdən 2022-ci ilin noyabrın 8-də saat 15:00-dan 22:00-dək qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilir, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir” – deyə məlumatda qeyd olunur.