Tsalencixa-Obuji-Cixaşkari yolunun 11-ci km-də avtonəqliyyatın hərəkəti müvəqqəti olaraq qadağandır
Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, Tsalencixa-Obuci-Cixaşkari yolunun 11-ci km-də avtonəqliyyatın hərəkəti müvəqqəti olaraq qadağandır.
“Daxili dövlət əhəmiyyətli Tsalencixa-Obuci-Cixaşkari avtomobil yolunun 11-ci kilometrliyində güclü yağıntı nəticəsində daşan çay müvəqqəti salınmış körpü keçidini zədələyib və bu səbəbdən yolun sözügedən hissəsində hər növ avtonəqliyyatın hərəkəti müvəqqəti olaraq qadağan edilir”, – məlumatda qeyd olunub.