Tsalenjixa merinin verdiyi məlumata əsasən,işğalçı rejim tərəfindən yaxalanmış 3 nəfərin sərbəst buraxılması  üçün  danışıqlar aparılır
Tsalenjixa merinin verdiyi məlumata əsasən,işğalçı rejim tərəfindən yaxalanmış 3 nəfərin sərbəst buraxılması  üçün  danışıqlar aparılır

 

 Tsalenjixa Munisipalitetinin meri, Besik Partsvanianın  verdiyi məlumata əsasən,işğalçı rejim tərəfindən yaxalanmış 3 nəfərin sərbəst buraxılması  üçün  danışıqlar aparılır.

„3 nəfər yaxalanıb.Onları dırnaq arası Mujava  sərhəddi yaxınlığında yaxalayıblar.Bu şəxslərin orda niyə olması ,bizim üçün naməlumdur.Bu mərhələdə  araşdırma aparılır və müvafiq xidmətlər bununla əlaqədar  açıqlama verəcəklər. Onların sərbəst buraxılması istiqamətində danışıqlar aparılır.Bizdəki məlumata görə,onlar neytral əraziyə  keçiblərmiş,niyə keçdikləri bu mərhələdə naməlumdur və danışıqlar aparılır. Bizim strukturlar prosesə qoşulublar və  maksimal şəkildə çalışırıq ki,sabah üçün onlar  azad olunsunlar“,

Yaxalanmış şəxslərin yaş həddi 30-dan otuz beşədəkdir.

İşğal altındakı Qali yaxınlığında Gürcüstan vətəndaşlarını bu gün yaxalayıblar.Bu vaxta olan məlumatlara əsasən,onlar işğal altındakı ərazidə,təcridxanaya aparılıblar.

 

 

Hazırladı-Sevinc Mustafayeva