Tsabadze küçəsində baş verən yanğınla bağlı istintaq başladı
Tsabadze küçəsində baş verən yanğınla bağlı istintaq başladı

Tsabadze küçəsindəki “Terqo” ticarət mərkəzində baş-verən yanğınla bağlı Daxili İşlər Nazirliyi istintaqa başladı.

Bu barədə bəyanatı Daxili İşlər Nazirinin müavini Natia Mezvirişvili jurnalistlərlə danışarkən verdi.

Yanğının qəsdlə törədildiyi barədə iddialarla bağlı verilən sullara cavab olaraq, Natia Mezvirişvili bəyan etdi ki, bütün mövcud olan suallara yaxın günlərdə istintaq cavab verəcək.