Trotuarda avtomobillərin parkinqi qadağan edilir
Trotuarda avtomobillərin parkinqi qadağan edilir

Piyadaların təhlükəsiz və komfortlu hərəkət etmələri üçün, Tbilisi hakimiyyəti, 101 yerdə trotuarlarda avtomaşınların parkinqini qadağan etdi, – bu barədə məlumatı paytaxtın meri yayır.

Meriyanın məlumatına görə, trotuarlarda avtomaşınların parkinqi ən çox: Qriqol Robakidze, Vaja-Pşavela, Çavçavadze və Kazbegi prospektində ləğv olundu.

Tbilisi meriyası, piyadaların təhlükəsizlik standartlarını qorumaq üçün, trotuarlarda parkinqi mərhələ şəklində ləğv etməyə davam edir.

Paralel olaraq, paytaxtın müxtəlif yerlərinə 186 maşın dayanacaqları əlavə edildi.