Trond Helleland - Norveç Gürcüstanın Avro-Atlantik istəklərini çox yaxından müşahidə edir, ümid edirik ki, bir gün sizin mübarizəniz uğurla başa çatacaq
Bu yaxınlarda Gürcüstanda səfirliyini açmış Norveç sizin Avro-Atlantik istəklərinizi çox yaxından müşahidə edir. Biz ölkənizdə demokratik inkişafla bağlı proseslərin çox güclü tərəfdarıyıq və ümid edirik ki, nə vaxtsa Gürcüstan da Avropa İttifaqına və NATO-ya üzv ola biləcək, – deyə NATO Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Trond Helleland bildirib.
Trond Hellelandın sözlərinə görə, ümid edilir ki, bir gün Gürcüstanın mübarizəsi uğurla başa çatacaq.
“Biz Avropa İttifaqının üzvü deyilik və bəlkə də buna diqqət yetirməməliyik, amma sizin Avropanın müttəfiqi olmaq üçün göstərdiyiniz səylər çox vacibdir. Təbii ki, Rusiyanın təcavüzü və Ukraynadakı müharibə, eləcə də Cənubi Osetiya və Abxaziya ilə bağlı vəziyyəti nəzərə alsaq, vəziyyət çətindir. Çox təəssüf ki, Rusiya öz gəmilərini sizin istiqamətinizə buraxmağı planlaşdırır. Yəqin ki, bu, təhlükəsizlik mühitində yeni bir addım olduğu üçün çox narahatsınız. Norveç bunu diqqətlə izləyir. Biz sizin kimi kiçik bir ölkəyik və ümid edirik ki, bir gün sizin mübarizəniz uğurla başa çatacaq”, – Helleland bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev