Transmilli narkotik cinayətində təqsirləndirilən 6 nəfərin hamısı barəsində həbs qətimkan tədbiri seçilib
Transmilli narkotik cinayətində təqsirləndirilən 6 nəfərin hamısı barəsində həbs qətimkan tədbiri seçilib

Tbilisi Şəhər Məhkəməsinin hakimi Tamar Mçedlişvili transmilli narkotik cinayətində təqsirləndirilən 6 nəfərin hamısı barəsində həbs qətimkan tədbiri seçib.

Hakim prokuror Şmaqi Qobejişvilinin həbsdə olan üç və axtarışda olan üç nəfərin həbs müddətinin uzadılması barədə vəsatətini təmin edib.

İclasda vəkillər həbs qətimkan tədbiri seçilmədən, girov müqabilində müqəssirlərin buraxılmasını istəyiblər.

Təqsirləndirilən şəxslər cinayəti etiraf etmirlər. İlkin məhkəmə iclası sentyabrın 14-nə təyin edilib.

Narkotik alverçilərinin transmilli mütəşəkkil cinayəti Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən açılıb.