“Transavia France” Gürcüstanın aviasiya bazarına daxil olur
“Transavia France” Gürcüstanın aviasiya bazarına daxil olur

2025-ci ildən Tbilisi Şota Rustaveli Beynəlxalq Hava Limanında daha bir Avropa aviaşirkəti fəaliyyətə başlayacaq. “Transavia France” (Transavia France) 9 aprel 2025-ci il tarixindən etibarən həftədə iki dəfə Paris-Tbilisi-Paris istiqamətində birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə məlumatı Gürcüstan Hava Limanları İttifaqı yayıb.

Hava Limanları İttifaqının baş direktoru İrakli Karkaşadzenin sözlərinə görə, aviaşirkətlə bir illik aktiv danışıqlar uğurla başa çatıb.

“2025-ci ildən Avropanın daha bir aviaşirkəti Tiflis istiqamətində fəaliyyətə başlayacaq. Biz şadıq ki, Air France-KLM qrupu ilə əməkdaşlığımız uğurla başa çatıb və Fransa-Hollandiya çoxmillətli aviasiya holdinqinin daha bir aviaşirkəti Gürcüstanın aviasiya bazarına daxil olur. Biz daim bazarlarımızı şaxələndirmək üzərində işləyirik və sərnişinlərimizə müxtəlif hava limanlarından uçuşlar təklif etməyə çalışırıq.

Transavia France-ın Tbilisiyə Parisdən, Orli hava limanından uçması vacibdir. Bu o deməkdir ki, Fransanın paytaxtı Gürcüstanın paytaxtı ilə iki hava limanı vasitəsilə birləşdiriləcək, Parisin üçüncü hava limanına (Boves) uçuşlar isə Kutaisi Beynəlxalq Hava Limanından həyata keçirilir. Yaxın gələcəkdə sərnişinlərimizə daha çox yeniliklər və birbaşa uçuşlar təklif edə biləcəyik”. – İrakli Karkaşadze dedi.

Məlumat üçün bildirək ki, Transavia France 2006-cı ildə təsis edilmiş, Air France və Hollandiyanın Transavia şirkətlərinə məxsus Fransanın aşağı büdcəli aviaşirkətidir. Onun əsas bazası Parisin Orli hava limanında yerləşir. Aviaşirkətin saytında artıq biletləri almaq mümkündür.