"Transavia" aviaşirkəti Amsterdam-Tbilisi-Amsterdam marşrutu üzrə fəaliyyətə başlayıb
"Transavia" aviaşirkəti Amsterdam-Tbilisi-Amsterdam marşrutu üzrə fəaliyyətə başlayıb

Niderlandın aşağı büdcəli “Transavia” aviaşirkəti Tbilisi Beynəlxalq Hava Limanında fəaliyyətə başlayıb. Niderland Krallığının Hava Yolları Amsterdam-Tbilisi istiqamətində ilk uçuşunu həyata keçirib, 187 sərnişin Tbilisiyə eniş edib, 185 sərnişin isə Amsterdama yola düşüb.

“Tav Georgia”nın məlumatına əsasən, yay naviqasiya mövsümündə aviaşirkət həftədə iki dəfə, hər çərşənbə və şənbə günləri “Boeing 737-8” tipli təyyarə ilə Amsterdam-Tbilisi istiqamətində reyslər həyata keçirəcək.

Tbilisi Beynəlxalq Hava Limanında Tbilisi və Batumi Beynəlxalq Hava Limanlarının baş meneceri Tea Zakaradze, Niderland Krallığının Gürcüstandakı səfiri Meline Arakeliani, “Transavia” şirkətinin baş direktoru Marsel De Noyer və Gürcüstan Aviasiya Administrasiyasının nümayəndələri iştirak ediblər.

“Transavia” Niderland Krallığının bir nömrəli büdcə aviaşirkətidir və ikinci ən böyük avia yükdaşıyıcısıdır. Air France – KLM qrupunun üzvü olan aviaşirkət 50 il ərzində Niderlanddan 20-dən çox ölkədə 100-dən çox istiqamətə uçuşlar həyata keçirir və hər il doqquz milyon sərnişin daşıyır. “Transavia”nın yeddi bazası var. Aviaşirkətin gəmiləri Niderland Krallığının, Fransanın və Almaniyanın hava limanlarında yerləşir.