Trans-Anadolu boru xəttinin istismara verilmə mərasimi iyunun 19-da keçiriləcək
Trans-Anadolu boru xəttinin (TANAP) istismara verilmə mərasimi iyunun 19-da keçiriləcək.
Bu barədə bəyanatı Azərbaycanın Dövlət Neft Şirkətinin investisiya departamentinin rəhbəri Vagif Əliyev verdi.
Türk Hurriyet agentliyinin məlumatına əsasən, qaz kəmərinin istismara verilmə mərasimində Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan və Azərbaycanın ölkə başçısı İlham Əliyev iştirak edəcəklər.
Agentliyin məlumatına görə, bu qərar aprelin 25-də keçirilən görüş zamanı verildi.
Trans-Anadolu qaz kəməri Gürcüstan-Türkiyə sərhədindən, Türkiyənin qərb sərhədinə doğru gedir və oradan Trans-Adriatika qaz kəməri ilə birləşir.
Bu dəhliz vasitəsi ilə, Gürcüstan və Türkiyə ərazisini keçərək, Azərbaycandan təbii qazı Avropa alacaq.
Dəhlizin istismara verilməsi 2020-ci il üçün planlaşdırılıb.