Tramp - Putin, Rusiyanın ABŞ seçkilərinə qarışması haqqındaki suçlamalara görə, özünü təhqir olunmuş hiss edir"
Tramp - Putin, Rusiyanın ABŞ seçkilərinə qarışması haqqındaki suçlamalara görə, özünü təhqir olunmuş hiss edir"

“Rusiyanın sabiq prezidenti Vladimir Putin, ABŞ prezident seçkilərinə, Rusiyanın qarışması haqqındaki şaiyyələrə görə, özünü təhqir edilmiş hesab edir” – bu barədə bəyanatı ABŞ prezidenti Donald Tramp, Vyetnamda, Asya-Sakit okean samitində bəyan etdi.

Bu haqda məlumatı BBC yayır.

Trampın bu suçlamalara inanıb-inanmadığı haqqında, jurnalistlər tərəfindən verilən suala isə, ABŞ prezidenti birbaşa cavab vermədi.

CNN-in yaydığı məlumata görə isə, Donald Tramp jurnalistlərə bəyan etdi ki, o putinə inanır.

CNN Trampın bəyanatından sitat yayır: “Mən onunla görüşən zaman o deyir ki, ABŞ prezident seçkilərinə qarışmayıb, və mən onun dediyinə inanıram. Məncə o bu suçlamalara görə, özünü təhqir olunmuş hiss edir”, – deyir Tramp.

ABŞ prezidenti yenə bir dəfə təkrar etdi ki, ABŞ prezident seçkilərinə Putinin qarışdığı barədə konspirativ teoriyayı demokratlar yayırlar və beləliklə, seçkilərdəki məğlubiyyətlərini açıqlamağa çalışırlar.

BBC-nin yaydığı məlumata görə, Putin, Rusiyaya qarşı irəli sürülən bu ittihamları absurd adlandırdı.

ABŞ-da isə, 2016-cı ilin prezident seçkilərinə Rusiyanın qarışıb-qarışmaması ilə bağlı istintaq aparılır.