“Trading Economics” — Hürmüz boğazının açılması barədə razılaşmanın əldə olunmasından sonra neftin qiyməti azalır
“Trading Economics” — Hürmüz boğazının açılması barədə razılaşmanın imzalanmasından sonra neftin qiyməti azalır.
Məlumata görə, 17 iyun tarixində bir barel neftin qiyməti 75 dollardan bir qədər yuxarı olub və təxminən 75,3 dollar təşkil edib.
Eyni zamanda Brent markalı neftin qiyməti 78,3 dollar səviyyəsində qeydə alınıb.
Ümumilikdə, əvvəlki iş günü ilə müqayisədə neft qiymətləri təxminən 1 dollar ucuzlaşıb.
Xatırladılır ki, ABŞ Prezidenti Donald Tramp 15 iyunda İranla sülh sazişinin əldə olunduğunu və Hürmüz boğazının açılacağını bəyan etmişdi. Razılaşmanın detalları hələlik açıqlanmayıb.