Toyvo Klaar - Avropa İttifaqı Ermənistan və Azərbaycanın Gürcüstanda iki ölkənin Xarici İşlər nazirlərinin planlaşdırılan görüşü ilə bağlı qərarını dəstəkləyir
Avropa İttifaqı Ermənistan və Azərbaycanın Gürcüstanda iki ölkənin Xarici İşlər nazirlərinin planlaşdırılan görüşü ilə bağlı qərarını dəstəkləyir, – bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “tvitter” sosial şəbəkəsində yazır.
“Azərbaycan prezidenti İlham Əliyev, Xarici İşlər naziri Ceyhun Bayramov və baş nazirin müavini Mustafayevlə çox gözəl görüşlərim var idi. Sülh prosesinin vəziyyəti qiymətləndirildi. Mən həmçinin, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin Gürcüstanda görüşünün keçirilməsi barədə qərarını Avropa İttifaqının dəstəklədiyini ifadə etdim”, – Toyvo Klaar bəyane dir.
Bu gün, 16 iyulda Tbilisidə Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin, Ararat Mirzoyanın və Ceyhun Bayramovun görüşü keçiriləcək.