Torpaq qeydiyyatı dövlət islahatının davam edilməsi ehtimal olunur – bu barədə məlumatı Birinci Kanal ilə söhbət zamanı, Dövlət reyestrinin milli agentliyinin sədri Papuna Uqrexelidze verdi.
“2016-cı ilin avqustun 1-dən bugünə qədər, 300-dən artıq torpaq sahəsi qeydiyyatdan keçdi. Dövlət reyestrinə hər gün 3500-ə qədər vətəndaş müraciət edir” – bəyan edir Uqrexelidze.
Yeni dövlət layihəsinə əsasən, kənt-təsərrüfatı təyinatlı torpaq sahələrinin qeydiyyatı üçün bir sıra baryerlər aradan qaldırılıb. Torpaq qeydiyyatının dövlət islahatı, hansı ki, 2018-ci ilin iyulun birinə qədər qüvvədədir, ehtimala görə davam edəcək.
Proqram çərçivəsində, dövlət reyestri, torpağını qeydiyyatdan keçirmək istəyən şəxslərə, mülkiyyətlərini təsdiqləyən sənədləri yığmağa yardım edəcək. Sənədlərdə kiçik dəqiqsizliyin olduğu təqdirdə, əgər şəxs öz torpağını qeydiyyatdan keçirə bilmirsə, reyestr ona sənədlərin düzəlməsində və sahənin ölçülməsinin qiymətinin ödəməsində yardım edəcək.
“Biz həmişə vətəndaşın vəkili olmuşuq və yenə də olmağa davam edəcəyik Əgər illər öncə, torpağınızı alarkən, yazılı sənəd qoyulmayıbsa və buna görə, mülkiyyətinizi qeydiyyatdan keçirə bilmirsinizsə, layihə çərçivəsində notariusa müraciət edə bilərsiniz. Belə halda, mülkiyyət haqqınızın tezləşdirilmiş rejimdə təsdiqlənməsi həyata keçiriləcək. Sahənin ölçülməsinin xərclərini və planın hazırlanmasını hökümət ödəyəcək.
Həmçinin, torpaq ishalatları çərçivəsində, Gürcüstanın 12 məhləsində pilot layihəsi başladı, hansı ki, özəl, dövlət və munisipal mülkiyyəti qeydiyyatdan keçirəcək. Torpağını qeydiyyatdan keçirmək istəyənlərin sayı 5 dəfə artıb. Düşünürəm ki, layihə yayda, müddətinin başa çatmasından sonra yenə davam edəcək” – dedi dövlət reyestrinin rəhbəri.