Torpaq sürüşməsinin baş verdiyi Şovidə hazırda vəziyyət necədir?
Torpaq sürüşməsinin baş verdiyi Şovidə hazırda vəziyyət necədir?

Kurort Şoviyə birləşdirən körpünü və yolu sel aparıb. Ehtimal ki, sürüşmə nəticəsində yaranan daş-torpaq kütləsi Şovi ərazisinə daxil olub. “Sunset Shovi” otelinə ziyan dəyib. Həmçinin, Şovi ərazisi demək olar ki, tamamilə torpaq kütləsi ilə örtülüb.

Yol problemi səbəbindən xilasetmə xidmətlərinin kurorta çatması çətinləşir. Müvafiq xidmətlərin əməkdaşlarını sərhəd polisinin helikopterləri hadisə yerinə aparır.

Mövcud məlumata görə, artıq ağır texnikalar təbii fəlakət zonasına səfərbər olunub və əlavə texnikanın köçürülməsi aparılır. Vətəndaşlar tərəfindən yerindəcə çəkilmiş videomaterial yayılır. Belə materiallardan birində gəncin palçığa ilişmiş uşağı necə çıxarması görünür.

Hazırda yaralılar barədə dəqiq məlumat yoxdur. Raca-Leçxumi-Kvemo Svaneti dövlət nümayəndəsi hadisə yerindədir.