Torpaq sahələrinə sahiblik hüququ qeydiyyatının müddəti 2019-cu ilin yanvarın birinə kimi davam edəcək
Gürcüstanda torpaq sahələri qeydiyyatının islahatı çərçivəsində, sahiblik hüququ qeydiyyatının müddəti 2019-cu ilin yanvarın birinə kimi davam edəcək. Qeydiyyat müddətinin 2018-ci ilin yanvarın birinədək müəyyənləşdirilən qanunda müvafiq dəyişiklik edildi.
“Torpaq sahələri qeydiyyatının islahatı uğuru olmasını əhalinin yüksək fəallığı və qoşulması sübut edir. Torpaq sahələrinə sahiblik hüququ qeydiyyatı ərizəsi ilə Agentliyə gündə 1500-dən 2000-ə qədər vətəndaş müraciət edir. Ayrıca günlərdə isə ərizələrin sayı hətta 5000-dən artıq olub. Hazırda Agentlikdə 105 712 ərizə müzakirədədir”, – qanunlayihənin açıqlamasında qeyd olunur.