Tornike Rijvadze - "Milli Hərəkatın" seçilmiş heç bir deputatı mandatdan imtina etməyib, onlar Ali Seçki Komissiyasına müraciət etməyiblər
“Milli Hərəkatın” seçilmiş heç bir deputatı Acara Ali Şura mandatından imtina etməyib, onlar Ali Seçki Komissiyasına müraciət etməyiblər, – bu barədə Acara hökumətinin sədri, Tornike Rijvadze bəyan etdi.
Onun dediyinə görə, Ali Şuraya müxalifətdən yalnız bir partiya baryeri aşa bildi və “Milli Hərəkatın” Ali Şuraya daxil olub olmamasının prinsipal əhəmiyyəti yoxdu.
“Ali Şurada hakim partiya konstitusiya çoxluğu ilə təqdim olunub və hüquqi olaraq işləyəcək. Sabah Ali Seçki Komissiyasının yekunlaşdırıcı protokollarının son müddətidir və “Milli Hərəkatın” hüç bir üzvü mandatdan imtina etmək barəsində müraciət etməyib. Acarada demokratiyanın inkişafında “Milli Hərəkatın” hansı rol oynayacağını bilmirəm, biz hər halda hamıya müraciət edirik ki, ona xalq tərəfindən verilən mandatdan istifadə etsin. Siyasətdə və həyatda da, qələbəyi və məğlubiyyəti də layiqli qarşılamalısan”, – Rijvadze bəyan etdi.