Acara hökumətinin sədri, Tornike Rijvadze Avropa Parlamentinin üzvləri Marina Kaliurand və Sven Mikseri qəbul etdi. Məlumatı Acara hökumətinin administrasiyası yayır.
Acara hökumətinin məlumatına görə, Tornike Rijvadze qonaqlara Gürcüstanın suverenliyinə və Avroatlantik strukturlara inteqrasiyasına göstərdikləri sarsılmaz dəstəyə görə təşəkkürünü bildirdi.
Sədr Avropa Parlamentinin deputatlarını rayonun turizm potensialı ilə tanış etdi və turizmin bərpası dinamikasından danışdı.
Görüşdə Avropa Parlamentinin qətnaməsinin şərtlərindən danışıldı. Qeyd edildi ki, bütün dövlət idarələri ölkənin namizəd statusu alması üçün, vahid məqsədə nail olmaq üçün birgə fəaliyyət göstərirlər.
Öz növbəsində, Avropa Parlamentinin üzvləri Avropa ailəsinin üzvü olmaq kimi əsas məqsədinə nail olmaq üçün, Gürcüstana əməkdaşlığa və dəstək verməyə hazır olduqlarını bildirdiər.
Görüşdə Gürcüstan Parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Maka Boçorişvili, Acara Ali Şurasının sədri Davit Qabaidze, Acara hökumətinin və Avropa Parlamentinin üzvləri iştirak etdilər.