Tornike Rijvadze bəyan edir ki, Acarıstanda lokdaun müzakirə olunmur, ancaq lokal məhdudiyyətlər ola bilər
Tornike Rijvadze bəyan edir ki, Acarıstanda lokdaun müzakirə olunmur, ancaq lokal məhdudiyyətlər ola bilər

Epid-vəziyyət diqqətə layidir, ancaq, bu mərhələdə tam lokdaun nəzərdə tutulmur, – bu bəyanatı bu gün Acarıstan iqtidarının sədri Tornike Rijvadze verdi.

Rijvadzenin bəyanatına görə, lokal məhdudiyyətlər qoyula bilər.

Son günlərdə mövcud olan dinamika diqqətə alınmaldıır, bu məsələ ilə bağlı bu gün koordinasiya şurasının iclasında müzakirə ediləcək və konkret tədbirlərlə bağlı qərarlar veriləcək, ancaq xüsusi ilə vurğulaya bilərəm ki, tam lokdaundan söhbət getmir və sadəcə lokal məhdudiyyətlər ola bilər”, – dedi Tornike Rijvadze.

Acarıstanda son 24 saat ərzində, koronavirusun 85 halı qeydə alındı, 107 pasient sağaldı.