Tornike Rijvadze - Batumidə epidemioloji vəziyyət ağırlaşıb, qanunla nəzərdə tutulmuş bütün tədbirlərə ciddi nəzarət ediləcək
Tornike Rijvadze - Batumidə epidemioloji vəziyyət ağırlaşıb, qanunla nəzərdə tutulmuş bütün tədbirlərə ciddi nəzarət ediləcək

 

Batumidə epidemioloji vəziyyət ağırlaşıb, qanunla nəzərdə tutulmuş bütün tədbirlərə ciddi nəzarət ediləcək və gecə klubları, toy-ziyafət salonları olsun, hamısı qanunvericiliklə müəyyən edilmiş qaydada cərimələnəcək. Mühürlənəcəkləri də istisna edilmir, çünki indi epidemiyanı effektiv idarə edə bilmək üçün effektiv addımlara ehtiyyacımız var, – bu barədə Achara hökumətinin sədri Tornike Rijvadze bildirib.

Onun sözlərinə görə, Achara hökuməti nəzdindəki Operativ Qərargahın iclasında icranın sərtləşdirilməsi və həmçinin zəruri ola biləcək radikal addımların atılmasına dair müzakirə aparılıb.

” Epidemiya idarəçiliyinə gəlincə, bu istiqamətdə çarpayılar ,eləcə də reanimasiyadakı yerlər epidcivardadır” -deyə Tornike Rijvadze bildirib.

Vəziyyətin kritik həddi keçməsi və epidemioloqların da ehtimal etdiyi kimi, vəziyyətin daha da pisləşməsi halında bölgədə hansı ehtiyyatların olmasına dair ünvanlanan suala cavabında Achara hökumətinin sədri bildirib ki, həm çarpayıların sayının artırılması üçün, həm də kovid mehmanxanaların əlavə edilməsi üçün gündəlik rejimdə işləyirlər.

“Həm reanimasiyada, həm də intensiv və terapiya şöbələrində həftə ərzində çarpayılar əlavə olunacaq. Həmçinin, kovid mehmanxanaların əlavə edilməsi , vətəndaşların mütləq qorunması və infeksiyaya yoluxanların immunoloqlarsız qalmaması üzərində işləyirik . Qurumlar sizə konkret rəqəmlər barədə məlumat verəcək və bu gündəlik olaraq yenilənən prosesdir və əlavə olunacaq “-deyə Rijvadze bildirib.