Tomas Hendrik İlves - Putinin 2030-cu ilə qədər Kremldə qalacağını bilsəydik, 2008-ci ildə gürcülərə və ukraynalılara NATO-ya üzv olacaqlarını deyə bilərdik
“2008-ci ildə Putin Rusiyanı səkkiz il idarə etdi. Əgər bilsəydik, o, 2022-ci ilə qədər, hətta 2030-cu ilə qədər Kremldə qalacaq, gürcülərə və ukraynalılara onları NATO-ya qəbul edəcəyimizi deyə bilərdik”, – bu barədə Estoniyanın keçmiş prezidenti Tomas Hendrik İlves Deutsche Welle-yə müsahibəsində deyib.
Hendrik İlves 2008-ci il Buxarest Sammitini xatırlayır.
Putin Buşa dedi: “Ukrayna dövlət deyil. Bu, Buşa çox təsir etdi, yadımdadır, hamı bunu mənə demişdi. Amma Ukrayna və Gürcüstana üzvlük qapısının açılmaması qərarını sadəcə olaraq Angela Merkel və Nikola Sarkozi verib və onlar “yox” deyiblər. Yadımdadır, Polşanın mərhum prezidenti Lex Kaçinskinin buna görə əsəbiləşərək alman heyəti ilə mübahisə etdi. Bundan sonra məlum kompromis işlənib – təşkilata qoşulmaq vəd edilib, lakin konkret tarixlər açıqlanmayıb. Bu qərar Putinə Ukrayna və Gürcüstana qarşı istənilən addımı atmaq üçün yaşıl işıq yandırıb”, – İlves bildirib.