Tokioda qasırğa səbəbindən minlərlə insan təxliyə edilib, uçuşlar ləğv edilib
Tokioda qasırğa səbəbindən minlərlə insan təxliyə edilib, uçuşlar ləğv edilib

Tokioda “Ampil” qasırğasının yaxınlaşması ilə əlaqədar minlərlə insan təxliyə edilib, uçuşlar təxirə salınıb. Bu barədə “Reuters” məlumat yayıb.

Mobara şəhərində 18500-ə yaxın insan təxliyə edilib, onlarla başqa şəhərdə xüsusi təxliyə mərkəzləri açılıb.

Yaponiya Hava Yollarının məlumatına görə, 281 daxili və 38 beynəlxalq reys ləğv edilib.

Yaponiya mətbuatının məlumatına görə, uçuşların ləğvi 90 minə yaxın insanı əhatə edəcək.

Bundan başqa, dəmir yolu hərəkəti də dayandırılıb.