Yaponiya iqtidarı Tokyoda olimpik oyunların 2021-ci ildə keçirilməsini elə planlayır ki, idmançıların koronavirus vaksinasiyası məcburi olmasın.
Bu barədə məlumatı Japan Today Yaponiya iqtidarının mətbuat katibi Katsunobu Katonun bəyanatına istinadən yayır.
“Olimpik oyunların təhlükəsiz şəkildə keçirilməsi üçün bütün tədbirləri görəcəyik ki, idmançıların vaksinasiyasına ehtiyyac qalmasın” – bəyan etdi Kato.
Eyni zamanda, qeyd edilməlidir ki, Olimpiadanın təşkilatçıları tələb edirlər ki, idmançılar Tokyoya gedənə qədər vaksinasiya olsunlar.
Tokyoda olimpik oyunlar 2021-ci ilin iylun 23-ndən avqustun 8-nə qədər keçirilməlidir.