Toivo Klaar- Moskva, Tbilisi, Sxinvali və Suxumidə keçirilən görüşlərin əsas məqsədi iyulun 11-12-də keçiriləcək Cenevrə Beynəlxalq Müzakirələrinə hazırlıq olub
Toivo Klaar- Moskva, Tbilisi, Sxinvali və Suxumidə keçirilən görüşlərin əsas məqsədi iyulun 11-12-də keçiriləcək Cenevrə Beynəlxalq Müzakirələrinə hazırlıq olub

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi və Cenevrə danışıqlarının həmsədri Toivo Klaar BMT və ATƏT-dən olan həmkarları ilə birlikdə Moskva, Tbilisi, Sxinvali və Suxumidə görüşlərin keçirilməsi ilə bağlı məlumat yayır.

Bu barədə Toivo Klaar öz “Twitter” səhifəsində yazır.

Toivo Klaarın yazdığına əsasən, görüşlərin əsas məqsədi iyulun 11-12-də keçiriləcək Cenevrə Beynəlxalq Müzakirələrinə hazırlıq olub.