Toivo Klaarın Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi kimi mandatı bir il uzadılıb
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın səlahiyyət müddəti bir il, 2024-cü il avqustun 31-dək uzadılıb.
Avropa İttifaqının yaydığı press-relizdə qeyd edildiyi kimi, Klaar 2017-ci il noyabrın 13-də Cənubi Qafqaz üzrə nümayəndə təyin edilib və onun vəzifəsi regionda, xüsusən də Gürcüstan və Dağlıq Qarabağda münaqişələrin sülh yolu ilə həllinə kömək etmək, habelə Ermənistan, Azərbaycan və Gürcüstan arasında regional əməkdaşlığı təşviq etməkdir.