Tod Robinson – "Xalqın Gücü" tərəfindən təşəbbüsü irəli sürülən qanun layihəsi Gürcüstanın yox, Rusiyanın maraqlarına əsaslanır, Gürcüstan vətəndaşları da bunun yaxşı qanun olmadığını hesab edirlər
Tod Robinson – "Xalqın Gücü" tərəfindən təşəbbüsü irəli sürülən qanun layihəsi Gürcüstanın yox, Rusiyanın maraqlarına əsaslanır, Gürcüstan vətəndaşları da bunun yaxşı qanun olmadığını hesab edirlər

 

Qanun Gürcüstanın yox, Rusiyanın maraqlarına əsaslanır-bu barədə ABŞ dövlət katibinin köməkçisi Tod Robinson “Xalqın Gücü” tərəfindən təşəbbüsü irəli sürülən qanun layihəsi ilə əlaqədar jurnalistlərə açıqlamasında bildirib.

Tod Robinsonun qeyd etdiyi kimi, Gürcüstanın maraqları Avropaya inteqrasiyada və Avropaya inteqrasiya istəklərində ifadə olunur.

“Qanun Gürcüstanın maraqlarına deyil, Rusiyanın maraqlarına əsaslanır. Gürcüstanın maraqları Avropaya inteqrasiyada və Avropaya inteqrasiya istəklərində ifadə olunur. Qanun həqiqətən bu istəkləri dəstəkləmir. Bu yaxşı qanun deyil. Ən əsası, Gürcüstan vətəndaşları da bu qanunun yaxşı olmadığını hesab edirlər. Əməkdaşlığımız olacaq, tərəfdaşlarımızla Gürcüstanın prioritetini, yəni Avro-Atlantik strukturlara inteqrasiyanı necə təşviq etmək barədə danışırdıq.

Bu qanun layihəsi Gürcüstanın maraqlarına xidmət etmir. Gürcüstanın maraqları Avroatlantik strukturlara inteqrasiya formasında ifadə olunur. Biz Gürcüstanın elan etdiyi ambisiyanı dəstəkləmək üçün Gürcüstanla işləyir və əməkdaşlıq edirik”- deyə Tod Robinson açıqlayıb.