Tkibulidə Mindel adına mədənin məşvərət şurasının iclası keçirildi
Tkibulidə Mindel adına mədənin məşvərət şurasının iclası keçirildi

 

Tkibulidə Mindel adına mədənin məşvərət şurasının iclası başa çatdı.

“Saknaxşiri”- nin direktorlar şurasının sədri, Mixeil Sotskinin sözlərinə görə, mövcud vəziyyətdən çıxış yolu danışıqlar masasına oturmaqdır. Tətil elan edən mədənçilərin tələbi ilə əlaqədar Sotski bildirdi ki, maaşın sabit miqdarda artırılması planlaşdırılmır.

Həmkarlar ittifaqı nümayəndələri dialoqu alqışladıqlarını bildirirlər.

Tətil elan edən mədənçilərin iş prosesinə qayıdıb-qayıtmayacaqları isə sabah məlum olacaq.

Bu gün Mindeli adına mədəndə 500-dən çox işçi tətil elan edib . Mədənçilər maaşlarının artırılmasını tələb edirlər.