Txvarichamia kəndində qəsdən adam öldürməyə görə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib
Txvarichamia kəndində qəsdən adam öldürməyə görə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib

 

Mtsxeta Rayon Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutlarla tam razılaşıb və müttəhimi Mirian Kukavanı qəsdən öldürməkdə təqsirli bilib. Məhkəmə, həmçinin adıçəkilən cinayət işi üzrə əvvəlcədən əlbir olaraq qrup tərəfindən törədilmiş xuliqanlıqda iki nəfəri təqsirli bilib. Məlumatı Gürcüstan Prokurorluğu yayır.

İstintaq orqanının yaydığı məlumata əsasən, prokurorluğun təqdim etdiyi sübutlarla təsdiq edilib ki, 2022-ci ilin iyulun 28-də Mtsxeta rayonunun Tsxvarichamia kəndində ad günü dəvətində qonaqlardan bir hissəsi arasında baş vermiş mübahisə zamanı təqsirləndirilən şəxslərdən biri Mirian Kukavaya bıçaqla xəsarət yetirib, xəstəxanaya aparılmazdan əvvəl o, dünyasını dəyişib. Həmçinin, istintaq Mirian Kukava və onun dostlarını sözlü və fiziki olaraq təhqir edən Mirian Kukavanın qəsdən öldürülməsindən əvvəl baş vermiş qarşıdurmada iştirak edən digər şəxsləri də müəyyən edib.

“Qəsdən adam öldürmədə təqsirləndirilən şəxs barəsində ittiham- Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə), 239-cu maddəsinin 2-ci hissəsinin “A” yarımbəndi və eyni maddənin üçüncü hissəsi (xuliqanlıq, silah və silah olaraq digər əşyalardan istifadə etməklə qabaqcadan əlbir olan qrup tərəfindən törədildikdə), iki nəfər barəsində isə Gürcüstan Cinayət Məcəlləsinin 239-cu maddəsinin 2-ci hissəsinin “A” yarımbəndi (xuliqanlıq, qabaqcadan əlbir olan qrup tərəfindən törədildikdə) ilə ittiham irəli sürülüb.

Mtsxeta Rayon Məhkəməsi hər üç şəxsi təqdim olunan ittihamlar üzrə təqsirli bilib və qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsi 14 il, xuliqanlıqda təqsirləndirilən şəxsləri isə 3 il 6 ay və 2 il müddətinə azadlıqdan məhrum edib.

Buradaca ictimaiyyətin nəzərinə çatdırırıq ki, sözügedən cinayət işi üzrə xuliqanlıq, yalan məlumat verməkdə və cinayət barədə məlumat verməməkdə təqsirləndirilən digər şəxslərin işinə məhkəmədə baxılması davam etdirilir” – deyə prokurorluğun məlumatında qeyd olunur.