Titus Korletsiani - Rumıniya Gürcüstanın Avropa və Avro-Atlantik istəklərinin qəti tərəfdarıdır, ümid edirik ki, üzvlük danışıqları açılacaq
Parlamentlərimizin daimi dialoqu var, çünki Rumıniya və Gürcüstan arasında möhkəm əlaqələr, strateji tərəfdaşlıq mövcuddur, – Rumıniya Senatının Xarici Əlaqələr Komitəsinin sədri Titus Korletsiani Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşdən sonra bu sözləri deyib.
Korletsiani bildirib ki, Rumıniya Gürcüstanın Avropa və Avro-Atlantik istəklərinin qəti tərəfdarıdır.
“Keçən il Avropa İttifaqı qərar verməzdən əvvəl bizim komitə dövlətləri Gürcüstana status verməyə çağıran qətnamənin təşəbbüsünü qaldırdı və parlament qəbul etdi. Bu müsbət qərar indi dinamikanı müsbət mənada dəyişir. Hazırda Avropa Komissiyasının tövsiyələri üzərində iş aparılır və biz ümid edirik ki, Gürcüstanla üzvlüklə bağlı danışıqlar açılacaq, bu, çox vacibdir, Rumıniya ekspertlər səviyyəsində və ya siyasi əlaqələri vasitəsilə Gürcüstana fəal dəstək verməyə davam edəcək. Həmçinin, iqtisadi əlaqələr, xüsusilə də istər nəqliyyat, istərsə də Qara dənizin enerji və fiber-optik kabel sahəsində artıq hökumətlərimizin gündəliyində olan layihələr üzərində daha çox işləməyin zəruriliyindən danışdıq. Bu, həyati əhəmiyyət kəsb edir və Gürcüstanın Avropa İttifaqı ilə qarşılıqlı əlaqəsini daha da artıracaq” – Korletsiani bildirib.
Nikoloz Samxaradzenin rəhbərlik etdiyi Gürcüstan parlamentinin nümayəndə heyəti Rumıniyada səfərdədir.