Tısbağa gölünün ətrafındakı yamaclar və velosiped yolları təmizlənib

20:29, 14.08.2024

MMC “Tbilservice Group”un əməkdaşları Tısbağa gölünün ətrafındakı yamacları və velosiped yollarını təmizləyiblər. Ərazi məişət və tikinti tullantılarından təmizlənib. Qeyd olunanla bağlı Tbilisi meriyası məlumat yayır.

Onların məlumatına görə, təmizlik aksiyasında “Tbilservice Group”un direktoru Davit Paçulia iştirak edib.

“Çox təəssüf edirəm ki, belə rekreasiya zonalarında da məişət və inert tullantılara rast gəlinir. Paytaxt sakinlərini və özəl şirkətləri tullantıları belə boşluqlara qoymamağa və yalnız yaxınlıqda yerləşən qablara qoymağa çağırırıq. Bunda mürəkkəb bir şey yoxdur, sadəcə olaraq hamımız ətraf mühitə nə qədər zərər verdiyimizi başa düşməliyik. Şəhərimizin, təbiətimizin və yaşadığımız ətraf mühitin qayğısına qalaq”, – deyə Davit Paçulia qeyd edib.

Paytaxt meriyasının məlumatına görə, Tbilisi miqyasında, on rayonda da mərhələli şəkildə analoji təmizlik aksiyalarının keçirilməsi planlaşdırılır.

Oxşar