Tini Koks- Ukraynanı, Gürcüstanı, Moldovanı tam dəstəkləyirik, Rusiya bütün işğal olunmuş əraziləri tərk etməlidir, bu onun dünya birliyinə nə vaxtsa qayıtmasının yeganə yoludur
Tini Koks- Ukraynanı, Gürcüstanı, Moldovanı tam dəstəkləyirik, Rusiya bütün işğal olunmuş əraziləri tərk etməlidir, bu onun dünya birliyinə nə vaxtsa qayıtmasının yeganə yoludur

 

Təcavüzkar ölkənin Avropada sistematik multilateralizmi məhv etməsinə imkan verməyəcəyimiz, üzv dövlətləri Ukraynanı, Gürcüstanı, Moldovanı tam dəstəklədiyimizlə bağlı üzvlərimizin mövqeyi dəyişməz olmalıdır – bu barədə AŞPA-nın Prezidenti Tini Koks Avropa Şurasının Reykyavikdə keçirilən dövlət və hökumət başçılarının 4-cü zirvə toplantısında açıqlayıb.

O, Rusiyanın Avropadakı bütün işğal olunmuş əraziləri tərk etməsi gərəkdiyini, çünki bunun Rusiyanın nə vaxtsa dünya birliyinə qayıtmasının yeganə yolu olduğunu bildirib.

“Mövqeyimizi dəyişməyə məcbur etmək üçün heç bir yolun olmadığına dair ismarıcımızın Kremldə aydın olacağı düşüncəsindəyəm. Rusiya Avropadakı bütün işğal olunmuş əraziləri tərk etməlidir, çünki bu, Rusiyanın nə vaxtsa dünya birliyinə qayıtmasının yeganə yoludur. Həmrəylik haqqında güclü bəyanatımız olacağını düşünürəm və bu baxımdan, aqressiv müharibəyə başlayanlar, o cümlədən Rusiya liderləri öz əməllərinə görə gec-tez cavab verəcəklər” – deyə Tini Koks açıqlayıb.

Bu gün Reykyavikdə Avropa Şurasının dövlət və hökumət başçılarının 4-cü zirvə toplantısının açılışı baş tutub. Zirvə toplantısında Gürcüstanın Baş naziri də iştirak edir. İrakli Ğaribaşvili sabah zirvə toplantısının iştirakçıları qarşısında çıxış edəcək.