Tinatin Ruxadze Türkiyənin Gürcüstandakı səfiri ilə tanışlıq görüşü keçirib
Tinatin Ruxadze Türkiyənin Gürcüstandakı səfiri ilə tanışlıq görüşü keçirib

Gürcüstanın mədəniyyət və idman naziri Tinatin Ruxadze Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbai ilə tanışlıq görüşü keçirib. Nazirlik məlumat yayıb.

“Görüşdə Gürcüstan və Türkiyə arasında mədəni əlaqələrin perspektivindən və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsindən danışılıb. Görüşdə həyata keçirilməsi iki ölkə arasında münasibətlər üçün mühüm əhəmiyyət kəsb edən gələcək layihələr və tədbirlər müzakirə olunub.

Söhbətdə hər iki ölkədə mədəni irs abidələrinin qorunub saxlanması və qorunmasına toxunulub”. – Mədəniyyət və İdman Nazirliyinin məlumatında qeyd olunur.