Tinatin Berdzenişvili -Radionun ənənəni qoruduğuna, çox sayda dinləyicisinin olduğuna və bütün Gürcüstanı əhatə etdiyinə görə çox qürurluyuq
Radionun ənənəni qoruduğuna, çox sayda dinləyicisinin olduğuna və bütün Gürcüstanı əhatə etdiyinə görə çox qürurluyuq- bu haqda Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili deyib.
“Bu gün Gürcüstanda ilk yayımçılığın, konkret olaraq radio yayımın 99 yaşı tamam oldu, bu, nəinki indi olduğumuz radio üçün, həm də ölkə üçün olduqca önəmlidir, çünki bu, Cənubi Qafqaza daxil olan ilk radio siqnalı idi. Həmçinin, Şərqi Avropada ən qədim radio yayımdır. Radionun ənənəni qoruduğuna, çox sayda dinləyicisinin olduğuna və ən əsası bütün Gürcüstanı əhatə etdiyinə görə çox qürurluyuq. Ümumiyyətlə, fərqli radiodur, çünki çoxlu proqramları var, tok-radiodur, eləcə də radio şəbəkəmizdə böyük paya malik olan gürcü musiqisinin, gürcü xalq musiqisinin populyarlaşdırılmasını qoruyub saxlayır”- deyə Tinatin Berdzenişvili qeyd edib.
O, bu gündən radionun yayım şəbəkəsinə daha bir yeni proqramın əlavə olunacağını bildirib.
“Bu gün, rəmzi olaraq, radionun 99 ili tamam olduğuna görə, “Poeziyanın bir dəqiqəsi” adlı yeni proqram efirdə yayımlanacaq və bu proqram Qalaktioni, Ana Kalandadze, Qoqla Leonidze və digər gürcü şairlərin şeirlərinin qorunub saxlanıldığı qızıl arxivi əhatə edir, şeirləri müəlliflərin özləri və səsi radiomuz tərəfindən qorunan aktyorlar oxuyurlar” – deyə Tinatin Berdzenişvili bildirib.
Mayın 23-də Gürcüstanda ilk dəfə radio yayımından 99 il tamam oldu.