Tinatin Berdzenişvili Qətərin Gürcüstandakı səfiri ilə görüşdü
Tinatin Berdzenişvili Qətərin Gürcüstandakı səfiri ilə görüşdü

İctimai Yayımçının baş direktoru, Tinatin Berdzenişvili Qətərin Gürcüstandakı səfiri, Hasan Bin Ahmed-Mutava ilə görüşdü. Görüşdə həmçinin, Birinci Kanalın maliyyə direktoru, Nodar Çiçinadze də iştirak edirdi.

Görüşdə bu il ilk dəfə qış mövsümündə keçiriləcək və Qətərin ev sahibliyi edəcəyi 2022-ci ildə futbol üzrə dünya çempionatından söhbət etdilər.

“Dünya çempionatı yaxınlaşır, Qətər xüsusi şəkildə hazırlaşır və biz, tədbirin rəsmi partnyoru olaraq Gürcüstan televiziya və radio məkanında möhtəşəm futbol şənliyinə, dünya çempionatına ev sahibliyi etməyə texniki və texnoloji cəhətdən hazırlaşırıq”, – İctimai Yayımçının baş direktoru, Tinatin Berdzenişvili bəyan etdi.

“Futbol üzrə 2022-ci il Dünya Çempionatı Birinci Kanal tərəfindən tamaşaçılara təqdim olunacaq, demək olar ki, bütün bir ay bu ən mühüm idman hadisəsinin işıqlandırılmasına həsr olunacaq. Yayımçı hər il gürcü tamaşaçılarının hər hansı mühüm idman hadisəsini işıqlandırılmamış qalmaması üçün çoxlu sərmayə və səy sərf edir”, – Birinci Kanalın maliyyə direktoru, Nodar Çiçinadze bəyan etdi.

Noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək builki dünya çempionatı tam, 64 oyunu tamaşaçılara eksklüziv olaraq Gürcüstanın Birinci Kanalı təqdim edəcək.