Tinatin Berdzenişvili - Nutsa Buzaladzenin çıxışı və finala yüksəlməsi bizə bir daha göstərdi ki, Gürcüstan Avropa ailəsinin layiqli üzvü olub, var və olacaq
Bir çox Avropa ölkələri “Eurovision”da Gürcüstanı dəstəklədi, biz ilk onluğa daxil olduq, bu, artıq böyük qələbədir. – Bu barədə Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili məlumat verib.
Onun sözlərinə görə, Gürcüstan yarımfinalda güclü dövlətlərlə olub və finala yüksəlmək böyük qələbədir.
“Çox emosional axşamdır, çünki Gürcüstan yeddi ildən sonra finaldadır, xüsusən sistem dəyişdikdə, münsiflər heyəti artıq finalçılara xal vermir, yalnız SMS iştirakçını finala çıxara bilər. Biz gördük ki, bir çox Avropa dövlətləri Gürcüstanı dəstəklədi və biz çox güclü dövlətlər arasında qalib olduq. İlk onluğa daxil olduq, bu, artıq böyük qələbədir. “Düşünürəm ki, Nutsanın çıxışı və finala yüksəlməsi bizə bir daha göstərdi ki, Gürcüstan Avropa ailəsinin layiqli üzvü olub, var və olacaq”, – Tinatin Berdzenişvili bildirib.
Gürcüstan təmsilçisi Nutsa Buzaladze “Eurovision”un finalına yüksəlib. Mayın 9-da Eurovision 2024-ün ikinci yarımfinalı keçirilib.