Tinatin Berdzenişvili - komersiya kanallarının arxasında çox vaxt siyasi qüvvələr durur
Tinatin Berdzenişvili - komersiya kanallarının arxasında çox vaxt siyasi qüvvələr durur

“Açıq danışsaq, komersiya kanallarının arxasında çox vaxt siyasi qüvvələr durur,” – bu bəyanatı İctimai Yayımçının Medya və Komunikasiya blokunun direktoru Tinatin Berdzenişvili verdi.

Onun dediyinə görə, İctimai Yayımçın keçmişdən gələn mənfi reputasiyası var, ancaq bu demək deyil ki,  kanalın inkişaf etmək şansı yoxdur.

“Təəssüf ki, bugün parlamentə çox təhlükəli siqnallar gördük və frazalar eşitdik ki, guya İctimai Yayımçı olduğu yerdə qalmalıdır və inkişaf etməməlidir” – dedi Tinatin Berdzenişvili.

Berdzenişvilinin dediyinə görə, ictimaiyyətin bir çox üzvünün İctimai yayımçının məqsədlərinin və konsepsiyasının nə olduğundan heç xəbəri yoxdur və iş o yerə gəldi ki, İctimai Yayımçının olub-olmaması məsələsini müzakirə edirlər.