Tinatin Berdzenişvili “İctimai mediada süni intellekt: qlobal perspektiv” beynəlxalq konfransının spikeridir.
Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili “İctimai mediada süni intellekt: qlobal perspektiv” adlı beynəlxalq konfransın spikeridir.
Eksklüziv konfrans süni intellekt və ictimai medianın gələcəyinin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparmaq üçün Avropa, Asiya və Afrikadan olan ictimai yayım rəhbərlərini və qərar qəbul edənləri bir araya gətirir.
Süni intellektin, o cümlədən dil modellərinin sürətli inkişafı media sənayesinin mənzərəsini, istehsal prosesini və tamaşaçı davranışını əsaslı şəkildə dəyişir. Konfransda çıxış edənlər strateji, etik, hüquqi və texniki baxımdan ictimai yayımçılar üçün ümumi olan çağırışlardan və imkanlardan danışıblar.
“Media sənayesi süni intellekt imkanlarının praktikada tətbiqinə xüsusi diqqət yetirir, çünki bu istiqamətdə etik, hüquqi məsələlər, müəllif hüquqları və mənbənin müəyyən edilməsi aktualdır. İctimai yayımçılar əməkdaşlıq və müxtəlif təcrübələrin bölüşdürülməsi yolu ilə birgə baxışı inkişaf etdirməyə can atırlar”, – Tinatin Berdzenişvili bildirib.
Konfrans İtaliyanın İctimai Yayımçısı Rai və Asiya-Sakit Okean Yayımçılar İttifaqı tərəfindən təşkil olunub və İtaliyanın Neapol şəhərində keçirilib.v