Tinatin Berdzenişvili - "Gürcüstan Poçtu" ilə əməkdaşlıqla Gürcüstan tele-yayımçılığının tarixini yaxşı əks etdirən Birinci Kanalın poçt markası buraxılıb
Tele-yayımçılığın 65 illik yubileyi ilə əlaqədar “Gürcüstan Poçtu” ilə əməkdaşlıqla Gürcüstan tele-yayımçılığının tarixini yaxşı əks etdirən Birinci Kanalın poçt markası buraxılıb-bu barədə Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili açıqlama verib.
O , bu markanın kolleksiyaçıların sıralarında da layiqli yer tutmasının vacib olduğunu bildirib.
“Tele-yayımçılığın başlaması gürcü mediasının tarixində mühüm hadisədir. 1956-cı ilin dekabrın 30-da Tbilisi teleqülləsindən ilk televiziya siqnalı verildi. Yubiley ilində biz bu hadisəni reallaşdırmaq istədik və “Gürcüstan Poçtu” ilə birgə poçt markası buraxıldı. Artıq Birinci Yayımçının markası ilə Gürcüstandan və ya Gürcüstana əmanətlər göndərmək mümkündür.
Biz bu layihə üzərində kifayət qədər uzun müddət işlədik və sonda Gürcüstan tele-yayımçılığının tarixini yaxşı əks etdirən eskiz çıxdı. Poçt markalarını toplayan kolleksiyaçıların öz sıralarında layiqli yer tutması vacibdir” – deyə Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili bildirib.
Birinci Kanalın markası 25.000 tirajla buraxılıb. O, artıq dövriyyədədir və istəyənlər onu “Gürcüstan Poçtu”nun istənilən filialından əldə edə bilərlər.