Tinatin Berdzenişvili - gənclər arasında Avropa çempionatı bütün Gürcüstan üçün vacibdir, böyük bayram olacağını düşünürəm

 
Sabah Tbilisidə gənclər arasında futbol üzrə Avropa çempionatı başlayır. Gürcüstan millisi ilk görüşünü Portuqaliya millisinə qarşı keçirəcək.

Bütün gün ərzində Deda Ena bağında hazırlıq işləri aparılır, saat 21:00-da bütün Gürcüstan miqyasında gəzdirilən 21 yaşadək futbolçular arasında Avropa çempionatının kuboku bağa aparılacaq. Son nöqtə məhz Deda Ena bağıdır.

Paralel olaraq Gürcüstanın Birinci Kanalı tərəfindən Deda Ena bağında bilet satışı keçirilir. Suallara doğru cavab verilməsi halında Deda Ena bağına gedən qonaqlar oyunda iştirak etmək üçün bilet qazanırlar.

Gürcüstanın Birinci Kanalı futbol çempionatı üçün “Birinci qaranquş” gürcü bədii filminin motivləri əsasında yaradılmış musiqili video çarx hazırlayıb. “Ranina” meqa-şousunun iştirakçıları tərəfindən “Aba Ula” xalq mahnısının yeni versiyası ifa olunur.

Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili bunun Gürcüstanın hər zaman fəxr etdiyi kompozisiya olduğunu və indi bu çempionatın vizit kartı olacağını bildirib.

“Bu, ölkəmizin zənnimizcə hər zaman fəxr etdiyi kompozisiyadır və indi bu çempionatın vizit kartı olacaq. Uşaqlar çox çalışdılar. Bundan irəli gələrək, ilk növbədə onlara təşəkkür edirəm. Sabah hamımız stadionda olacağıq, sabahkı dəstəklə, məncə mütləq qalib gələcəyik və ölkəmiz böyük uğur qazanacaq. Futbol üzrə gənclər arasında Avropa çempionatı təkcə kanalımız üçün deyil, bütün Gürcüstan üçün çox vacibdir və böyük bayram olacağını düşünürəm”- deyə Tinatin Berdzenişvili açıqlayıb.

Gənclər arasında Avropa çempionatının oyunlarını Gürcüstanın Birinci Kanalının efirində izləmək mümkün olacaq.