Tinatin Berdzenişvili - qanunvericilik dəyişikliyi ilə bağlı görüşdə razılaşdıq ki, yayımçının maliyyələşmə qaydasına yenidən baxılmalıdır, o, daha dayanıqlı olmalıdır ki, yayımçı müstəqilliyini itirməsin, biz buna tam razılıq əldə etdik
Şalva Papuaşvili və İrakli Kobaxidze ilə görüşdə biz razılaşdıq ki, yayımçının artıq müzakirə olunmuş maliyyələşdirilməsi üsuluna yenidən baxılmalıdır və o, daha dayanıqlı olmalıdır ki, ictimai yayım öz müstəqilliyini itirməsin, biz bununla bağlı tam razılılq əldə etdik, – bu barədə İctimai Yayımçının baş direktoru Tinatin Berdzenişvili parlamentin sədri Şalva Papuaşvili və “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze ilə qanunvericilik dəyişikliyi ilə bağlı görüşündən sonra bildirib.
“Bu, çox vacib və lazımlı görüş idi, həm də vaxtında. Danışdıq və razılaşdıq ki, maliyyələşdirmə qaydalarına yenidən baxılmalıdır və o, daha dayanıqlı olmalıdır ki, ictimai yayım müstəqilliyini itirməsin. Biz bununla bağlı tam razılıq əldə etdik.
Həmçinin, ictimai yayım və ölkə üçün adekvat maliyyənin olması barədə danışdıq. İctimai yayımın hansı modellə fəaliyyətini davam etdirəcəyindən danışmaq lazımdır. Sabit məbləğin ictimai yayımı hər il əlavə büdcə tələb etməyə məcbur etməsi diqqət cəlb olunmalı məsələ idi. Bu model artıq müzakirə olunmayacaq və biz ictimai yayımçı üçün dəyişkən büdcəyə keçəcəyik ki, bu, artıq adekvat maliyyə mənbəyi deməkdir.
Biz həmçinin razılaşdıq ki, ilk növbədə, Avropa Yayımçılar Birliyinin və ümumilikdə Avropa zonasının qayda və uyğunlaşdırmalarına riayət olunacaq. İctimai yayımçı bu standartda qalacaq”, – Tinatin Berdzenişvili bildirib.
Qanunvericiliyə edilən dəyişikliklə bağlı İctimai Yayımçının baş direktoru Tinatin Berdzenişvili və Qəyyumlar Şurasının sədri Vasil Mağlaperidze parlamentin sədri Şalva Papuaşvili və “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze ilə görüşüblər.
Müəllif -
Mehemmed Bayramaliyev