Tinatin Berdzenişvili - bu gün Batumidə keçirilən tədbir mövsümün yekunu, eləcə də qarşıdan gələn televiziya efirinin bir növ anonsudur
“Bütün yay bir gündə” – Batumidə Birinci Kanaldan böyük uşaq festivalı. Əlverişsiz hava şəraiti səbəbilə tədbirlərin keçirilmə yeri dəyişdirildi, axşam saat 20:00-da konsert bulvar əvəzinə, Batuminin Yay Teatrında keçiriləcək.
İctimai Yayımçının baş direktoru Tinatin Berdzenişvili yağışa görə planların dəyişdiyini, lakin əhval-ruhiyyənin dəyişmədiyini bildirib. “Kitab Rəfi”nin ikinci kitab oxuma festivalı keçirilir, bir azdan isə tədbirin kulminasiyası– “Raninalıların” konserti başlayacaq.
“Mübaliğəsiz deyə bilərəm ki, “Kitab Rəfi” olduqca böyük tendensiya yaradıb, kitab oxumağı uşaqlara və yeniyetmələrə daha çox sevdirib – belə ambisiyamız var. Hər il bir sıra məktəblərin, on minlərlə yeniyetmənin layihədə iştirak etdiyini görürük, həmçinin Tələbə Kitab Rəfi bölməmiz də var. İctimai Yayımçı üçün əsas dəyərlər bilik və təhsildir, fikrimcə bu məhz bizim formatımızdır. Artıq 36 gənc Kembricdə təhsil almağa yollanıb, 27 gənc getməyə hazırlaşır. Bu layihə haqqında çox uzun müddət danışa bilərik. “Ranina” da belədir, sadəcə bir musiqi layihəsi deyil, zövqün yaranması, vətənpərvərlik, vətənə sevgini nəğmədə ifadə etmək formasıdır və fikrimcə, tamaşaçılar da buna əmin olublar, çünki çoxlu izləyiciləri və pərəstişkarları var ” – deyə Tinatin Berdzenişvili bildirib.
Tinatin Berdzenişvilinin sözlərinə görə, bu gün Batumidə keçirilən tədbir mövsümün yekunu və qarşıdan gələn televiziya efirinin bir növ anonsudur. O, sentyabr ayından tamaşaçıları ən son idman tədbirləri, gürcü milli məhsulları və bir çox başqa yeniliklərlə həqiqətən unudulmaz efir gözlədiyini bildirib.