Tinatin Berdzenişvili - Biz istəyirik ki, bu memorandum fəaliyyət planının həyata keçirilməsi ilə nəticələnsin və 7 dilli veb-səhifəmiz də bu planın bir hissəsidir"
“Biz istəmirik ki, Birinci Kanal və milli və dini azlıqlar üçün qoyulan memorandum fiksiya olsun. Biz istəyirik ki, bu sənəd fəaliyyət planının həyata keçirilməsi ilə nəticələnsin və bizim 7 dilli veb-səhifəmiz də bu planın bir hissəsidir” – bu barədə bəyanatı Birinci Kanalım Medya və Komunikasiya blokunun direktoru Tinatin Berdzenişvili “Aktual mövzu” verlişində verdi.
“İctimai Yayımçı elə bir fazaya keçdi ki, artıq qərar verildi, milli azlıqlar və çoxluqlar üçün ayrı-ayrı produksiyanın hazırlanması doğru və efektiv deyil. “Gəlin, siz, etnik azlıqlar üçün olan bu verlişə baxın, obirinə baxmayın, çünki o milli əksəriyyətindir” yanaşması diskriminasiya kimi görünür bizə. Bu məsələ ilə bağlı strategiyamız radikal şəkildə fərqli olacaq” – dedi tiko Berdzenişvili.
O həmçinin qeyd etdi ki, yaxında İctimai Yayımçının efirində yeni aparıcılar olacaq və həmçinin, milli azlıqların dilində internet radio-portal buraxılacaq.
“Hamımız bərabər, elə bir produkt yaratmalıyıq, hansı ki, hər birimizə aid olacaq” – dedi Tinatin Berdzenişvili.
Noyabrın 16-da Gürcüsatnın İctimai Yayımçısı və Gürcüstanın Milli Azlıqlarının nümayəndələri ilə əməkdaşlıq memorandumu qoyuldu.