Tinatin Berdzenişvili - Birinci Kanal Gürcüstanın olduğu yerdədir, ölkənin birinci televiziyasını təmsil edirik ki, bu həm qürurverici, həm də böyük məsuliyyətdir
Bu gün kanalımızın 66 yaşı tamam oldu. Hər bir il qazanılmış təcrübədir, bu, tərəqqi və inkişaf üçün mühüm ilkin şərtdir. Biz Gürcüstanın olduğu yerdəyik-deyə Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Bedzenişvili açıqlayır.
Tinatin Berdzenişvili ölkənin birinci televiziyasını təmsil etməyin həm qürurverici, həm də böyük məsuliyyət olduğunu bildirib.
“Biz tez-tez deyirik ki, Birinci Kanal Gürcüstanın olduğu yerdədir, fikrimcə hər birimizin gündəlik işini dəqiq ifadə edir; Ölkənin birinci televiziyasını təmsil etmək həm qürurverici, həm də böyük məsuliyyətdir. Sizi televiziyanın ad günü və Yeni il münasibətilə təbrik edirəm”-deyə Tinatin Berdzenişvili açıqlayır.
Gürcüstanda birinci televiziya yayımçılığından 66 il ötür. Bu gün İctimai Yayımçı iki telekanalı – Birinci Kanal ,Teleməktəb; iki radio – Gürcüstan Radiosu, Gürcüstan Radiosu 2; Onlayn platforma 1tv.ge və bir sıra rəqəmsal məhsulları birləşdirir.
Birinci Kanal bazarda gürcü veriliş və layihələrinin ən böyük istehsalçısıdır və hər il gürcü yaradıcılıq sektoruna və iqtisadiyyatına önəmli töhfə verir.