Tinatin Berdzenişvili - Birinci Kanal gürcü kinosunun olduğu yerdədir, bizim üçün ən vacibi gürcü məhsulu yaratmaq və qoyduğumuz sərmayənin Gürcüstanda qalmasıdır
Tinatin Berdzenişvili - Birinci Kanal gürcü kinosunun olduğu yerdədir, bizim üçün ən vacibi gürcü məhsulu yaratmaq və qoyduğumuz sərmayənin Gürcüstanda qalmasıdır

 https://youtu.be/yG9A0FLaOnU

İctimai Yayımçı Mestia Beynəlxalq Film Festivalının Pitching Forumunun ən yaxşı qadın rejissoru üçün xüsusi mükafat təsis edib və bu mükafat gənc rejissor Ana Kvichidzeyə verilib.

Həmçinin, festivalın münsiflər heyəti tərəfindən seçilən “Gözətçilər” filmi İctimai Yayımçının birgə iştirakı ilə yaradılıb və onun premyerası Gürcüstanın Birinci Kanalında baş tutub.

Festivalla əlaqədar İctimai Yayımçının baş direktoru Tinatin Berdzenişvili Birinci Kanalın “Axali Dğe” verlişində danışıb. Tinatin Berdzenişvili qeyd edib ki, yayımçı gürcü kinosunun olduğu yerdədir. Svaneti Beynəlxalq Film Festivalına gəlincə, bununla bağlı İctimai Yayımçının öz şərtləri var idi – gürcü qadın rejissor üçün mükafat təsis edilməli idi, çünki yayımçı üçün peşəkar qadınların dəstəklənməsi çox vacibdir.

“Gürcüstana qoyulan sərmayə İctimai Yayımçı üçün vacibdir. Strategiyamıza uyğun hərəkət etdik, bizim üçün əsas olan gürcü məhsulu yaratmaqdır və onun yüksək keyfiyyətli olmasına dair iddiamız var. Alınan məhsulların yerinə gürcü və milli olmasına üstünlük veririk. Məhz bu prinsipdən irəli gələrək, qərar verdik ki, Ani Kvichidze bizim üçün qalib olmalıdır ki, sonradan qoyacağımız sərmayə Gürcüstanda qalsın və gürcü peşəkarlar üçün istifadə olunsun”-deyə Tinatin Berdzenişvili bildirib.