Tinatin Berdzenişvili Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın Birinci Kanalını ziyarət edib.
Kanalın baş direktoru Tinatin Berdzenişvili ilə görüş keçirilib. Görüşdə Yeni və Cari Xəbərlər Şöbəsinin direktoru Qiorqi Qvimradze və “Rəngarəng Gürcüstan” layihəsinin rəhbəri Ramilia Əliyeva iştirak ediblər.
Səfir, Birinci Kanalın Gürcüstan vətəndaşları etnik azlıqları məlumatlandırmaq, onları İctimai Yayımçının gündəlik fəaliyyətinə cəlb etmək, yayımçı tərəfindən istehsal olunan media məhsullarına etnik və dini azlıqların inteqrasiyasını təmin etmək funksiyasını yerinə yetirən “Rəngarəng Gürcüstan” qrupunun iş prosesi ilə tanış olub. Səfir həmçinin yeni və cari xəbərlərin iş mühiti ilə tanış olub.
Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvilinin qeyd etdiyi kimi, görüşdə iki ölkə arasında münasibətlər üçün vacib olan bütün məsələləri müzakirə ediblər.
“Azərbaycan səfirini qonaq etdik. İş mühitimizə baxış keçirdik, eləcə də milli azlıqlar üçün işləyən qrupla görüşdük. Biz iki ölkə arasında münasibətlər üçün olduqca vacib olan bütün məsələləri müzakirə etdik. Azərbaycan teleşirkətləri ilə əməkdaşlıq edirik, onlarla mütəmadi əlaqəmiz var. Bu münasibətləri daha da dərinləşdirəcək bütün məsələləri müzakirə etdik”- deyə Tinatin Berdzenişvili açıqlayıb.