Tinatin Berdzenişvili Azərbaycan və erməni dilli məktəblərin şagirdləri üçün keçirilən "Bizim gürcü dilimiz" adlı olimpiadanın qaliblərini mükafatlandırdı

Gürcüstanın Birinci Kanalı Azərbaycan və erməni dilli məktəblərin şagirdləri üçün keçirilən “Bizim gürcü dilimiz” adlı olimpiadanın qaliblərini mükafatlandırdı.

Birinci yeri alan Mariam Çıraqovaya hədiyyəsini Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili verdi.

Həmçinin ikinci və üçüncü yeri alan Rima Əliyeva və Sona Xaçatryan da mükafat aldılar.

Tinatin Berdzenişvilinin dediyinə görə, layihə ilə daha çox şagird maraqlanmağa başlayır.

Olimpiadada 250 nəfər iştirak etdi və üç şagird qalib oldu.

“Bizim gürcü dilimiz” adlı layihənin məqsədi etnik azlıqların yaşadığı bölgələrdə gürcü dilinin populyarizasiyasıdır.

Layihə Amerika səfirliyinin dəstəyi ilə həyata keçirilir.