Tinatin Berdzenişvili AYİ-nin Baş Assambleyasında panel müzakirəsinə sədrlik edib
Tinatin Berdzenişvili AYİ-nin Baş Assambleyasında panel müzakirəsinə sədrlik edib

 

İctimai Yayımçının baş direktoru Tinatin Berdzenişvili Avropa Yayım İttifaqının Baş Assambleyasında “İctimai Yayımçının Gələcəyi” adlı media liderlərin panel müzakirəsinə sədrlik edib.

Paneldə müxtəlif ölkələrdən ictimai yayımçıların gənc liderləri, o cümlədən Gürcüstanın Birinci Kanalının beynəlxalq münasibətlər üzrə meneceri Elene Qabaşvili, İtaliyanın İctimai Yayımçısını beynəlxalq münasibətlər üzrə meneceri Eva Maria Esposto, Litva İctimai Yayımçısının rəqəmsal medianın rəhbəri Mindauqas Cakevichius, Estoniyanın yeni xəbərlərinin rəhbəri Lizu Las, Finlandiya İctimai Yayımçısının rəhbəri Hane Kauto və İsveç radiosunun redaktoru Karolayn Laqerqen iştirak ediblər.

Paneldə aşağıda sadalanan məsələlər müzakirə olunub: Nə üçün gənclər iş yeri kimi İctimai Yayımçılını seçirlər? Gənc nəsildən gözləntilərimiz nədir? İctimai Yayımçının gələcəyi nədir?

İyunun 30-dan iyulun 1-dək Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Avropa Yayım İttifaqının 88-ci Baş Assambleyasında 56 ölkədən 300-ə yaxın media lider iştirak edir.