Tinatin Berdzenişvili Avropa Yayım Birliyinin Baş Assambleyasında ictimai medianın qərəzsizliyi panelində çıxış edib
Tinatin Berdzenişvili Avropa Yayım Birliyinin Baş Assambleyasında ictimai medianın qərəzsizliyi panelində çıxış edib

Tinatin Berdzenişvili Avropa Yayım Birliyinin (EBU) Baş Assambleyasında ictimai medianın qərəzsizliyi ilə bağlı panel müzakirəsinin spikeridir. Sessiyada “BBC”nin baş direktoru Tim Davey, İsveçrə Yayım Korporasiyasının baş direktoru Cil Marşan və İsveç İctimai Radiosunun baş direktoru Sila Bianko iştirak edirlər.

Tinatin Berdzenişvilinin sözlərinə görə, ictimai yayım ideyası və onun funksiyaları xüsusi və unikaldır.

“Bu, istənilən qərəzli təsirdən azad olan və konstitusiyanın verdiyi mandatı yerinə yetirən medianın yüksək standartıdır. Polarizasiya və ya yeni texnologiyaların inkişafı ilə bağlı çətinliklərdən asılı olmayaraq, ictimai yayımçılar cəmiyyət üçün zəruri və əvəzolunmaz olan yaxşılıq, birlik və inteqrasiya yaradırlar”, – deyə Tinatin Berdzenişvili bildirib.

Avropa Yayım Birliyinin növbəti 90-cı Baş Assambleyasında İcraiyyə Şurasının hesabatı, təşkilatın illik və maliyyə hesabatları kimi məsələlər müzakirə olunacaq. Xüsusi tematik sessiyalar və panel müzakirələri müasir media sahəsində aktual mövzuları əhatə edir: süni intellekt, yeni dövrün transformasiyası, ictimai yayımçıların qərəzsizliyinin təmin edilməsi, media azadlığı haqqında Avropa Aktının ictimai yayımçıların məqsədlərinə uyğunluğu və s.

Baş Assambleyanın yay sessiyasında yalnız AYB-nin əsas və assosiativ üzvlərinin və dostluq təşkilatlarının rəhbərləri, habelə komitə sədrləri xüsusi dəvətlə iştirak edirlər.

Assambleya İspaniyanın paytaxtı Madriddə keçirilir və İspaniyanın İctimai Yayımçısı RTVE ev sahibliyi edir.

Baş Assambleya Avropa Yayım Birliyinin ali idarəetmə orqanıdır və qurumun məqsədlərini həyata keçirmək üçün lazım olan bütün səlahiyyətlərə malikdir. Məclis ildə iki dəfə, yay və qış mövsümlərində toplanır.