Tinatin Berdzenişvili ATƏT/DTİHB-nin müşahidə missiyasının nümayəndələri ilə görüş keçirdi
İctimai Yayımçının rəhbərliyi ilə ATƏT/DTİHB-nin müşahidə missiyasının nümayəndələri arasında görüş keçirildi.
Görüşdə Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili, yeni və cari xəbərlər blokunun direktoru Qiorqi Qvimradze, ATƏT/DTİHB Missiyasının Seçki Departamentinin rəhbəri Meqan Fitscerald, səsvermənin yeni texnologiyaları məsələləri üzrə baş məsləhətçi Vladimer Missev, seçki məsələləri üzrə məsləhətçi Ksenya Daşutsina və ATƏT-in Parlament Assambleyasının proqram və administrasiya üzrə baş mütəxəssisi Tim Noblau iştirak edirdi.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Gürcüstandakı ehtiyacların qiymətləndirilməsi missiyasının məqsədi ölkədəki seçkiqabağı mühiti və 26 oktyabr 2024-cü il parlament seçkilərinə hazırlıq prosesini qiymətləndirməkdir.
Xatırladaq ki, ATƏT/DTİB-in 2021-ci ilin yerli özünüidarəetmənin seçkiləri işıqlandırılmasının qiymətləndirmə hesabatına görə, ictimai yayımçı kampaniyanı əsasən neytral və şaxələndirilmiş şəkildə işıqlandırırdı.